“Hazırda Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində içkidən zəhərlənmə diaqnozu ilə bir nəfər xəstə müalicə alır”.
Bunu Modern.az-a şöbənin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.
A.Maqsudov qeyd edib ki, bu diaqnozla daxil olan yeni xəstə yoxdur:
“Vəziyyəti stabilləşənlər də evə buraxılıb”.
Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında bir neçə nəfər viskidən zəhərlənib. Onlardan iki nəfər dünyasını dəyişib.