Modern.az

Mingəçevirdə avtobus yeniyetmə piyadanı vurdu

Mingəçevirdə avtobus yeniyetmə piyadanı vurdu

Aktual

14 Yanvar 2020, 00:13

Mingəçevirdə avtobus yeniyetmə piyadanı vurub.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdaxili marşrut avtobusunun hərəkət xətti üzərində baş verib.

Sərnişin avtobusu yolu keçmək istəyən 2004-cü il təvəllüdlü şəhər sakini Abdullazadə Şəbnəm Yaməddin qızını vuraraq ona xəsarət yetirib. Yaralı qız xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?