73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yelena Eyvazlının (Sidorenko) həmin dairədə qeydə alınan namizədlər sırasında adı yerləşdirilməyib.
Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında tanınmış jurnalistin adı yoxdur.
Ötən gündən etibarən isə sosial şəbəkələrdə Yelena Eyvazlının namizədliyini geri götürdüyü barədə məlumatlar paylaşılır.
Məsələ ilə bağlı namizədin özü əlaqə saxlamağa çalışsaq da, dəqiq informasiya ala bilmədik.