Modern.az

Əhliman Əmiraslanov Narlıq sakinləri ilə görüşdü - FOTOLAR

Əhliman Əmiraslanov Narlıq sakinləri ilə görüşdü - FOTOLAR

2 Fevral 2020, 22:03

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, akademik Əhliman Əmiraslanovun seçicilərlə görüşləri davam edir.

 

Modern.az  xəbər verir ki, bu dəfəki görüş Sabirabad rayonunun Narlıq kəndində baş tutub.

Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının  sədri Məleykə Ağayeva Əhliman Əmiraslanovun Sabirabad əhalisinə qarşı diqqət və qayğısından danışıb.


Növbəti dəfə seçicilərinin görüşünə gələn Əhliman Əmiraslanov fikirlərini onlarla bölüşüb: “Bu gün Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı ölkə Prezidenti, partiyamızın sədri, cənab İlham Əliyev ölkəmizin tərəqqisi istiqamətində məqsədyönlü işlər aparır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ciddi islahatlar aparılır. Sizi əmin etmək istəyirəm ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq vətəndaşlarımız yüksək keyfiyyətli tibbi xidmətlə təmin ediləcək”.

Tədbirdə çıxış edən seçicilər deputatın ötən illər ərzindəki fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin etimadını layiqincə doğrultduğunu və 9 fevral seçkilərində də növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini  bildiriblər.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?