Modern.az

Namaz qılanlar deputatlığa namizəd ola bilməz?

Namaz qılanlar deputatlığa namizəd ola bilməz?

3 Fevral 2020, 12:54

“Kiminsə inanclı, dindar, namaz qılan olması onun deputatlığa namizəd olma hüququnu məhdudlaşdırmır”.

 

Bu sözləri Modern.az-a Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, “Demokratik Təşəbbüslər İnstitutu” İctimai Birliyinin rəhbəri Akif Qurbanov deyib. O, bildirib ki, seçkilərdə namizəd kimi iştirak hüququ olmayanlar konkret dini vəzifəsi olanlar, din xadimləridir:

 

“Konstitusiyaya görə din dövlətdən ayrı tutulmalıdır. Həmçinin, din xadimi, dövlət qulluqçuları kimi seçkilərdə iştirak edə bilməz. Çünki onlar vəzifəsindən istifadə edərək, tabeliyindəki şəxsləri ona səs verməyə məcbur edər. Dövlətin resursunu öz seçki maraqları üçün sui-istifadəyə cəhd edə bilərlər. Din xadimləri də dini birliyin resurslarından öz məqsədləri üçün istifadə edə bilərlər. Bu kimi mənfi hallar baş verməsin deyə, hansısa dini qurumun vəzifəlisi seçkilərdə namizəd ola bilməz”.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq, bəzi şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər. Bunlar, hərbi qulluqçular, hakimlər, dövlət qulluqçuları və din xadimləridir. Onların hər biri müvafiq vəzifələrdə olduqları müddətcə namizədliyini verə bilməzlər.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?