Modern.az

Sabahın HAVASI - güclü külək, qar

Sabahın HAVASI - güclü külək, qar

3 Fevral 2020, 13:21

Fevralın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-15, Bakıda gecə 3-5, gündüz  13-15 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi  755 mm civə sütunundan 749 mm civə sütununa  enəcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq.

 

Azərbaycanın rayonlarında fevralın 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?