Modern.az

ABŞ-ın Bakıdakı səfirliyindən koronavirus bəyanatı

ABŞ-ın Bakıdakı səfirliyindən koronavirus bəyanatı

3 Fevral 2020, 14:21

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusun yayılması ilə əlaqədar bəyanat verib.

 

Modern.az xəbər verir ki, səfirliyin feysbuk səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur ki, ABŞ Prezidentinin rəsmi müraciətinə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honq Konq və Makao istisna olmaqla Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir.

 

“Əgər siz Çində yaşayırsınızsa, bu yaxınlarda Çində olmusunuzsa və ya ABŞ-a səfər ərəfəsində Çinə getməyi planlaşdırırsınızsa, viza alınması üçün müsahibəni Çinə səfərdən 14 gün sonraya saxlamağınızı tövsiyə edirik”, - deyə bəyanatda bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?