Modern.az

Batmaq təhlükəsi ilə üzləşən iki balıqç xilas olundu - FOTO

Batmaq təhlükəsi ilə üzləşən iki balıqç xilas olundu - FOTO

Aktual

4 Fevral 2020, 14:55

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­bir­lərinin həyata keçirilməsi davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 3-də sааt 12:15 rаdələrində Xəzər dənizinin cənub istiqamə­tində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsə­bəsindən 8,1 mil məsafədə 2 (iki) nəfər heyət üzvünün “kömək edin” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayığı müşahidə olunub.

 

Sərhəd gözətçi gəmisi tərəfindən fırtınalı hava şəraitində keçirilmiş xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “BA-5142” bort nömrəli, “Yamaha-40” mühərrikli balıqçı qayıq yedəyə alınıb və sааt 15:10 rаdələrində qayığın heyəti xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.

 

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Lənkərаn rаyоnu Nərimanabad qəsəbə sakinləri - 1977-ci il təvəllüdlü Suleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi