Çində yeni növ koronavirusa yoluxanların sayı 30,6 mini keçib.
Modern.az-ın məlumatına görə, yeni növ virusadan ölənlərin sayı 636 nəfərə çatıb.
Fevralın 6-da 31.1 min nəfərin virusa yoluxduğu, 563 nəfərin öldüyü bildirilirdi.
Çinin Xubey əyalətində 2019-nCoV yeni virusun törətdiyi pnevmoniyadan ölənlərin sayı 69 nəfər artaraq 618-ə çatıb.
Qeyd edək ki, ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.