Modern.az

“Azergold.gift” saytı istifadəyə verildi

“Azergold.gift” saytı istifadəyə verildi

Aktual

7 Fevral 2020, 13:05

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli xammaldan istehsal olunan sikkə və külçələrin onlayn qaydada sifarişinin həyata keçirilməsi məqsədilə azergold.gift saytı istifadəyə verilib. Onlayn sifariş xidməti 999.9 əyarlı qızıl, gümüş sikkələri, eləcə də qızıl külçələri mağazaya getmədən istənilən vaxt sifariş vermək, qiymət və satış nöqtələri ilə bağlı məlumatlar əldə etmək imkanı yaradır.

 

Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, alıcılara təklif edilən məhsullar “AzerGold” QSC-nin Azərbaycanın Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində hasil etdiyi qiymətli metallardan, ən müasir texnologiyalardan istifadə edilməklə hazırlanır. Qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr 5, 10, 20 qramlıq çəkilərdə, tariximizi, mədəniyyətimizi və incəsənətimizi təbliğ edən Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda tərtib olunur. Premium-klass keyfiyyətli məhsullar ölçüyə uyğun müxtəlif qablaşdırmalarda beynəlxalq sertifikatla birgə alıcıya təqdim edilir. 

 

Qeyd edək ki, zövqə uyğun seçilən hər hansı qızıl və gümüş məmulatlarını dəst şəkildə də sifariş etmək mümkündür. Sifariş saytının istifadəyə verilməsi ilə qarşıdan gələn əlamətdar günlər və bayramlar ərəfəsində alıcılara uyğun seçim imkanı və xüsusi fürsətlər təqdim edilir. Qızıl və gümüş məhsulları “Əsl dəyəri hədiyyə et!”, şüarı ilə müştərilərə təklif olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?