"Gürcüstan Tələbə Parlamenti"nin və "Müstəqil Uşaq da Tələbə İttifaqı"nın İCSU birgə təşkil etdiyi "Dünyanı tanı və rayon-şəhərini inkişaf ettdir" layihəsi çərçivəsində 2020-ci ilin 24-26 yanvar tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ,"Gürcü günləri Bakı 2020" adlı tədbirlər həyata keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Gürcüstan Parlamentinin gənclər işi üzrə dövlət komitəsinin sədri seçilən fəal Azərbaycanlı gənc Elvin Tağıyev və komitədə yeni təcrübə toplamağa qatılan tələbə Rüstəm Məmmədli iştirak edib.
"Sekto İqtisadiyyatı və İqtisadi Siyasət" komitəsinin sədri olan Elvin Tağıyev müsahibəsində vurğulayıb ki, tədbirə Gürcüstan Tələbə Parlamentinin və İCSU təşkilatının səfərbərliyi ilə Gürcüstanın 73 bələdiyyəsindən 400-ə yaxın gənc qatılıb. Tədbir Bakı şəhərində yerləşən ,,Kaspi Biznes Otel"ində üç gün təntənəli şəkildə həyata keçirilib. Tədbirdə müxtəlif konsert praqramları ilə yanaşı gürcü mədəniyyəti və mətbəxi də nümayiş etdirilib. Gənclərin Bakıya səfəri ərəfəsində Gürcüstana qonşu dövlət və strateji əməkdaşı olan Azərbaycanın mədəniyyəti ilə yaxından tanış oldular. 24- 26 yanvar tarixlərində gənclər tərəfindən təşkil olunan genişmiqyaslı ,"Gürcü günləri Bakı" tədbirinə dəvət olunan qonaqlar sırasında Gürcüstanın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Zurab Pataradze və səfirliyin əməkdaşları ilə yanaşı Gürcüstan patriarxının ictimai əlaqələr bölməsinin nümayyəndəsidə iştirak edibdir. Şənliyin açlışında giriş sözləri ilə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki dost və qonşu dövlət arasındakı əməkdaşlığın əsas istiqamətlərindən söhbət açdı və gənclərə uğurlar arzu edib.
Elvin Tağıyevin sözlərinə görə Bakıda baş tutan ,"Gürcü günləri Bakı2020" tədbirində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb yaxından tanış olaraq xatirə şəklidə çəkdiriblər.