Modern.az

Deputatlığa namizəd Azər Kərimli seçicilərlə daha bir neçə kənddə görüşüb - FOTOLAR

Deputatlığa namizəd Azər Kərimli seçicilərlə daha bir neçə kənddə görüşüb - FOTOLAR

Aktual

7 Fevral 2020, 14:08

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimli  seçicilərlə daha bir neçə kənddə görüşüb.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Qax rayonunun Güllük, Əmbərçay, Qaradolaq və Ağyazı kəndlərində də seçiciləri ilə bir araya gəlib.

 

Görüş zamanı Azər Kərimli Azərbaycan Prezidentinin həyata keçirtdiyi uğurlu islahatların növbəti mərhələsindən, onun uğurlu nəticələrindən və bunun davam etməsindən danışıb. A. Kərimli bildirib ki, Azərbaycan Prezidentinin uğurlu kadr islahatları, gördüyü bütün işlər xalqın sosial rifahının, yaşayış səviyyəsinin günü gündən yüksəlməsinə xidmət edir.

 

  1. Kərimli seçiciləri qarşısında hesabat verərək, yeni platformasını da açıqlayıb.

Kənd sakinləri bəzi problemləri deputatlığa namizədin diqqətinə çatdırıb. Azər Kərimli seçiciləri ilə görüş zamanı səslənən məsələləri deputat seçiləndən sonra bir daha aidiyyatı qurumlar qarşısında qaldıracağına söz verib.

 

Sonda sakinlər fevralın 9-da  Azər Kərimliyə səs verəcəklərini xüsusi qeyd edibər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?