Modern.az

Azərbaycan güləşçisi Avropa çempionatının finalına vəsiqə qazandı

Azərbaycan güləşçisi Avropa çempionatının finalına vəsiqə qazandı

11 Fevral 2020, 20:29

Azərbaycanlı güləşçi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, 82 kq-da mübarizə aparan azərbaycanlı pəhləvan yarımfinal görüşündə italiyalı Çiro Russo qarşılaşıb. Rəqibini 7:1 hesabı ilə məğlub edən idmançı qızıl medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb.



Qeyd edək ki, Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib - 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu 3:2 hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb. Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov da finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı bu gün qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?