Modern.az

Bakıda gənc oğlanı maşın vurdu

Bakıda gənc oğlanı maşın vurdu

Aktual

13 Fevral 2020, 09:44

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1998-ci il təvəllüdlü Əzizov Hüseyn Bayram oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

 

H.Əzizovun vəziyyətinin ağır olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?