Modern.az

Senat İranla bağlı qətnaməni bəyəndi

Senat İranla bağlı qətnaməni bəyəndi

14 Fevral 2020, 00:21

ABŞ Konqresinin Senatı cümə axşamı prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, iclasın yayımı qanunverici orqan yuxarı palatasının saytında aparılıb.

Qanun layihəsi Konqresin Nümayəndələr Palatasına göndəriləcək. Qeyd edilir ki, demokratların əksəriyyət təşkil etdiyi palata onu dəstəkləyəcək.

Ağ Ev artıq bildirib ki, Tramp bu halda qətnaməyə veto qoymaq niyyətindədir. Hazırda demokratların Senatda prezidentin vetosuna üstün gəlmələri üçün səsləri azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?