Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1488 nəfərə çatıb.
Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63918 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6982 nəfər təşkil edib.
Xatırladaq ki, Çinin Hubey əyalətində ötın sutka ərzində yeni növ koronavirusdan 116 nəfər ölüb, 4823 nəfər isə yeni növ koronavirusa yoluxub və yoluxanların ümumi sayı 51986 nəfər çatıb.
Həmçinin gün ərzində 690 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.