Modern.az

Prezident Gədəbəylə bağlı sərəncam imzaladı

Prezident Gədəbəylə bağlı sərəncam imzaladı

18 Fevral 2020, 17:33

Prezident İlham Əliyev Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamla Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi