Modern.az

İran koronavirusa görə sərhəddə nəzarəti gücləndirdi

İran koronavirusa görə sərhəddə nəzarəti gücləndirdi

20 Fevral 2020, 14:21

“İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir”. 

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib. 

 

İdarə rəisi qeyd edib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunur, profilaktik tədbirlər görülür: 

 

“Hazırda nəinki İranla sərhəddə, ümumiyyətlə bütün sərhəd-keçid məntəqələrində avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?