Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclası başa çatıb.
Modern.az xəbər verir ki, 4 saat yarım davam edən iclasda bir sıra seçki dairələri üzrə müraciətlərə baxılıb, bəzi dairələrdə seçki məntəqlərinin nəticələri etibarsız sayılıb.
İclasda 9 fevralda keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan deputatlığa namizədlər də dinlənilib.
İclasda daha çox İmamverdi İsmayılovun qalib elan olunduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəticələri müzakirə olunub.
Son olaraq 23 saylı Nəsimi-Səbail seçki dairəsindən olan namizədlər MSK üzvlərinə dairədəki qanun pozuntuları barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, 23 saylı seçki dairəsində lider namizəd bitərəf Ziyad Səmədzadədir.