Modern.az

Məscidin axunduna hücum edən şəxs tutuldu

Məscidin axunduna hücum edən şəxs tutuldu

21 Fevral 2020, 00:09

Britaniya polisi Londondakı məscidin axunduna xəsarət yetirən şəxsi həbs edib.

Modern.az  xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd edilir ki, həmin şəxs məscidin 70 yaşlı axundunun boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

Şahidlər bildirib ki, silahlı şəxs ibadət başlayan kimi axunda bıçaqla xəsarət yetirib. Onların sözlərinə görə, hadisəni törədən şəxs məscidə müntəzəm gəlirmiş.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI