Modern.az

Güclü küləyə görə Bakı sakinləri işıqsız qaldı

Güclü küləyə görə Bakı sakinləri işıqsız qaldı

Aktual

2 Mart 2020, 11:39

Ötən gündən əsən güclü külək bir sıra ərazilərə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaradıb.

 

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a deyib ki, artıq ölkənin hər yerində enerji təchizatı tam bərpa olunub.

 

Onun sözlərinə görə, külək Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Abşeron rayonunun Saray qəsəbəsinə, eləcə də bır sıra dağlıq və dağətəyi yerlərə elektrik enerjisinin verilişində fasilə yaratmışdı. Əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür və qəzalar operativ şəkildə aradan qaldırılır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?