Koronavirusla bağlı olaraq kütləvi insan yığışan yerlərə, məktəblərə, universitetlərə, bağçalara 1 həftəlik tətil verilib.
Bəs koronavirus toy və yas məclislərində ümumi toplaşmağa nə cür təsir edib.
Məsələ ilə bağlı “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a açıqlama verib.
“Məktəblərin bağlanması sırf profilaktik tədbirlərin keçirilməsi ilə bağlıdır. Məktəblərdə dezinfeksiya işləri görülür. Yas məclisləri isə insanların könüllü olaraq toplaşdığı bir yedir. İnzibati yollarla bu məsələni həll etmək mümkün deyil. Çünki yas mərasimi hansısa quruma aid olan məsələ deyil. Ona görədə bu məsələ hələ də müzakirə olunmayıb. Hər halda belə bir müzakirə olarsa, gündəmə gələ bilər. Yəni məktəblərin və digər təhsil sahələrinin bağlanması prafilaktik tədbirlə əlaqədar olduğuna görə bunu yas mərasimlərinə aid etmək məsələsi müzakirə olunmur. Əgər bu virusun kütləvi şəkildə yayılma təhlükəsi olsa, ümumi tövsiyyələr verilə bilər ki, insanlar bir yerə toplaşmasın və yaxud da müəyyən qoruyucu tədbirlər görülsün. Koronavirusun yayılması ilə bağlı hər hansı bir xəbər yoxdur. Sadəcə önləyici tədbirlər görülür deyə bu addımlar atılır”.
Səkinə ƏLƏKBƏR