Modern.az

Bakı polisi bir gündə 28 nəfər saxladı

Bakı polisi bir gündə 28 nəfər saxladı

Aktual

3 Mart 2020, 11:24

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

BŞBPİ-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 26 cinayətin üstü açılıb.

 

Onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

 

Quldurluq üzrə 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 28 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?