Modern.az

AFFA hakimə təpik atan məşqçini cəzalandırdı

AFFA hakimə təpik atan məşqçini cəzalandırdı

Aktual

3 Mart 2020, 13:16

“Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidov cəzalanıb.

 

Modern.az-ın məlumatına görə, AFFA-nın İntizam Komitəsi bugünkü iclasında məşqçinin U-17 Liqasının oyunu zamanı yol verdiyi hərəkəti müzakirə edib.

 

Həmidov “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olan çalışdırıcı köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. AFFA hakimi təpikləyən məşqçini 20 oyun cəzalandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?