Modern.az

Azərbaycana ən çox investisiya yatıran 9 ÖLKƏ

Azərbaycana ən çox investisiya yatıran 9 ÖLKƏ

Aktual

3 Mart 2020, 18:44

2020-ci ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 387,6 milyon manat vəsait yönəldilib.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 371,4 milyon manatı (95,8 faizi) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

 

Ümumilikdə, 2020-ci ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox vəsait yönəldilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?