Modern.az

Avtobus qəzasında 9 futbolçu öldü

Avtobus qəzasında 9 futbolçu öldü

7 Mart 2020, 00:59

Qvineyada futbol komandasını daşıyan avtobusun qəzaya düşməsi nəticəsində 9 futbolçu ölüb.

Modern.az  xəbər verir ki, hadisə paytaxt Konakridən 250 kilometr məsafədə yerləşən Mamu şəhəri yaxınlığında baş verib.

Ölənlər arasında "Liverpul"un yarımmüdafiəçisi Nabi Keytanın əmisi oğlu Almami Keyta və klubun baş məşqçisi də olub.

18 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?