Modern.az

Şirvanda yeni doğulan körpə ölüb

Şirvanda yeni doğulan körpə ölüb

7 Mart 2020, 09:57

Şirvan şəhərində yeni doğulmuş körpə ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə ötən gün Şirvan şəhər Mərkəzi Xəstəxanasında baş verib.

1998-ci il təvəllüdlü Şirvan şəhər sakini Gültən Kərimli fevralın 6-sı doğum sancıları şikayəti ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Doğum evində qadına "doğuşun birinci dövrü, baş gəlişi ilk hamiləlik" diaqnozu qoyulub. Həmin gün saat 23:30 radələrində 3 kq 700 qr çəkidə qız uşağı ölü doğulub.

 

Hadisə ilə bağlı Şirvan doğum evinin mama-ginekoloqu Nəcəfova İlahə Əsgər qızının izahatı alınıb. O izahatında doğum zamanı göbək ciyəsinin uşağın boynuna dolanmış vəziyyətdə olması səbəbindən ölü doğulduğunu bildirib.

Yeni doğulmuş körpənin meyiti daxili və xarici müayinəyə göndərilib.

Faktla bağlı araşdırma başlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?