Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov təqaüdə göndərilib.
Bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, hazırda həmin vəzifəyə kadr təyinatı məsələsinə baxılır.