İsveç, Niderland və Hindistanda koronavirus daşıyıcılarının sayı artıb.
Modrn.az "RİA Novosti”yə istinadən xəbər verir ki, koroanvirus infeksiyasına yoluxanların sayı İsveçdə 161 nəfərə çatıb.
Məlumata görə, Niderlandda 188, Hindistanda isə 34 nəfər koroanvirusa yoluxib.
Qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 973-ə çatıb. Onların 58 525 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.