Modern.az

Bu ölkədə koronavirus qurbanlarının sayı 200-ü ötdü

Bu ölkədə koronavirus qurbanlarının sayı 200-ü ötdü

7 Mart 2020, 23:07

İtaliyada bir gün ərzində koronavirusa yoluxanların ümumi sayı 1,2 min nəfər artaraq 5,8 min nəfərə çatıb.

Modern.az   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədə 223 nəfər infeksiyanın qurbanı olub.

A.Borrellinin sözlərinə görə, bir gün ərzində 36 nəfər koronavirusdan ölüb.

Ötən gün ölkədə virusa 800 nəfər yoluxub. Cümə gününə olan məlumata görə, İtaliyada 4 636 nəfərə koronavirus diaqnozu qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?