Azərbaycanda restoran və kafelərdə iş rejiminə dair məhdudiyyət müəyyənləşdirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycana restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.
Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılmalıdır.