Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

13 Mart 2020, 20:37

Ermənistanda koronavirusa 2 yeni yoluxma faktı təsdiqlənib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan sosial şəbəkə vasitəsilə elan edib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.

Daha 100 nəfər virus şübhəsi ilə əlaqədar karantinə alınıb.

Bundan başqa, Ermənistanda tədris müəssisələri martın 23-dək bağlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?