Modern.az

\"İçərişəhər\"də  koronavirusa qarşı xüsusi tədbirlər

\

13 Mart 2020, 20:48

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və strukturlarda, muzeylərdə koronavirusa (COVID-19) qarşı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Qoruğun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün müəssisələrdə dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı, "İçərişəhər" Muzey Mərkəzinin muzeyləri (Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Bakı Fotoqrafiya Evi), habelə Mənzil-Kommunal və Təmir Xidməti, Elmi-İstehsalat Bərpa Emalatxanası, Elmi-Mədəni Mərkəz, Marionet Teatrı, Tahir Salahovun ev-muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Ənənəvi İncəsənət Mərkəzinin binalarında bu istiqamətdə tədbirlərə başlanılıb.

Mart və aprel ayları ərzində dezinfeksiya işləri daimi həyata keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?