“Aviareyslər məhdudlaşdırılıb. Amma bir çox ölkələrin bizdə olan vətəndaşları ölkələrinə gedirlər, bizim vətəndaşlar geri gəlmək istəyir”.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İbrahim Məmmədov qeyd edib ki, ölkədən gediş-gəliş ciddi nəzarət altında saxlanılır:
"Amma insanların qida təhlükəsizliyini təmin etməyə də ehtiyac var. Ona görə də iqtisadi əlaqələrin bəlli çərçivədə qalmağın ehtiyac var. Bu məsələyə rasional yanaşılır".