Modern.az

 İtaliyada qalan azərbaycanlılar ölkəyə gətiriləcək

 İtaliyada qalan azərbaycanlılar ölkəyə gətiriləcək

13 Mart 2020, 22:20

 İtaliyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün tədbirlər görüləcək.

 

Modern.az xəbər verir ki  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İbrahim Məmmədov qeyd edib ki, bu məsələ dövlətin nəzarətindədir: "Bizim İranla bağlı təcrübəmiz var. Biz istəyirdik ki, onları da xüsusi reyslərlə gətirək. Amma insanların bir çoxu gəlmək istəmirlər. Çünki belə bir vəziyyətdə olduğu yerlərində qalmaq daha təhlükəsizdir. Azərbaycan dövləti heç bir vətəndaşını darda qoymayacaq, xaricdəki vətəndaşlarına sahib çıxacaq".


Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?