Modern.az

Millətlər Liqasının oyunları təxirə salına bilər

Millətlər Liqasının oyunları təxirə salına bilər

17 Mart 2020, 10:37

UEFA Millətlər Liqasının 2020-21 mövsümü koronavirus pandemiyası səbəbindən təxirə salına bilər.

 

Modern.az-ın məlumatına görə, qitə futbol qurumu bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan qrup mərhələsinin matçlarını gələn il təşkil etməyi planlaşdırır.

 

Qurum eyni zamanda 2020-ci ildə yığma komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməməsi variantını da nəzərdən keçirir. Bunda məqsəd klub turnirlərini – Çempionlar Liqası və Avropa Liqasını tamamlamaq üçün təqvimdə boş yer açmaqdır. Bu rəsmiləşərsə, gələn ilin yazına qədər təqvimdə beynəlxalq fasilə olmayacaq.

 

Məsələ UEFA-nın bu gün keçiriləcək videomüşavirəsi zamanı müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla birlikdə C liqasının 1-ci qrupunda qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?