Modern.az

ABŞ-ın iki konqresmeni koronavirusa yoluxdu

ABŞ-ın iki konqresmeni koronavirusa yoluxdu

19 Mart 2020, 07:58

ABŞ Konqresinin üzvü, Yuta ştatından olan demokrat Bencamin Makadams da koronavirusa yoluxub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Konqres üzvünün yaydığı açıqlamada bildirilir.

 

“Vaşinqtondan Kolumbiya dairəsinə qayıtdıqdan sonra məndə soyuqdəymənin əlamətləri müşahidə edildi”, - deyə o bildirib və əlavə edib ki, xəstəlik sonra güclənib.

 

"Çərşənbə axşamı həkimim mənə COVID-19 testindən keçməyi təklif etdi və bundan sonra yerli klinikaya getdim. Bu gün bildim ki, testin nəticələri müsbətdir", - Makadams vurğulayıb.

 

Daha əvvəl ABŞ konqresmeni Mario Dias-Balart (Florida ştatından respublikaçı) ölkənin qanunverici orqanının koronavirusun aşkarlandığı ilk üzvü olub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?