Ermənistanda koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.
Qeyd edib ki, bundan əvvəl respublikada koronavirusa 102 nəfərin yoluxduğu təsdiqlənmişdi: "Son sutkada Ermənistanda daha 6 koronavirus hadisəsi təsdiqlənib. Onların ümumi sayı 110-a çatıb".