Modern.az

Koronavirusa görə İtalya Çini qabaqladı

Koronavirusa görə İtalya Çini qabaqladı

19 Mart 2020, 09:26

Hazırda dünyada 2019-n CoV virusuna yoluxanların sayı 214 915 nəfərdir. 

 

Modern.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına əsasən xəbər verir ki, ümumilikdə virusa yoluxmuş şəxslərdən 8733 nəfəri dünyasını dəyişib.

 

Rəsmi məlumatlar göstərir ki, hazırda virusun sürətlə artdığı İtaliyada ölənlərin sayı  ilk yoluxma qeydə alınan Çindəki rəqəmlərə çatır.

 

Belə ki, Çində dəhşətli virusdan ölənlərin sayı 3241 nəfər, İtaliyada isə 2978 nəfərdir.

 

Ümumilikdə Çində virusa yoluxanların sayı 81102, İtaliyada isə 35 713 nəfərdir.

 

Son sutka ərzində Çində virusa yoluxmuş 3 nəfər dünyasını dəyişərkən, İtaliyada 475 nəfər virusla mübarizədə “uduzub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?