Modern.az

Bakıda hamilə qadın xəstəxanada öldü

Bakıda hamilə qadın xəstəxanada öldü

19 Mart 2020, 09:38

Bakıda hamilə qadın ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında qeydə alınıb.

 

Ağır vəziyyətdə xəstəxanaya gətirilən Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.

 

Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o ürək çatışmazlığından ölüb.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?