Modern.az

“Prezidentin sərəncamı həkimlərimizə maddi dəstəklə yanaşı, mənəvi bir stimuldur” - Musa Quliyev

“Prezidentin sərəncamı həkimlərimizə maddi dəstəklə yanaşı, mənəvi bir stimuldur” - Musa Quliyev

19 Mart 2020, 12:58

Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir. Bu artım həkimlərimizdə nə dəyişdirəcəyini, həkimlərə nə cür stimul olacağı sualını ortaya qoyur.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, həkimlik fədakarlıq istəyən bir peşədir:

 

“Ümumiyyətlə bu həkim peşəsi fədakarlıq istəyən bir peşədir. Belə fövqəladə vəziyyətlərdə həkimlər adətən heç bir maaşı və sabahkı başqa stimulu düşünmədən vəzifə borclarını yerinə yetirilər”.

 

Musa Quliyev onu da diqqətə çatdırıb ki, həkimlik ən az peşələrdən biridir ki, fəaliyyətə başlamamışdan əvvəl bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə and içirlər:

 

“Buna “Hippokrat andı” da deyirlər. Onlar and içirlər ki, heç bir zaman xəstəni çətin vəziyyətdə qoymayacam, heç bir qarşılıq gözləmədən öz fəaliyyətlərimi yerinə yetirəcəm və xəstəmə heç bir zaman zərər vuran hərəkət etməyəcəm. Bu qədimdən gələn bir ənənədir və həkimlərimizin hər biri buna əməl edir”.

 

Komitə sədrinin sözlərinə görə, Azərbaycan həkimləri də kifayət qədər mənəviyyatlı insanlardır:

 

“Cənab Prezidentin dünənki sərəncamı ilə həkimlərimizin, xüsusən koronavirusla mübarizə aparan, risk altinda qalan bütövlükdə tibb personallarının, həm orta tibb işçlərinin, həm sanitarların, həm təcili yardım işçilərinin və yaxud da başqa kateqoriyada xidmət edən tibb işçilərinin əməyi yüksək qiymətləndirilir, həm də onların sosial müdafiəsini gücləndirmək üçün dövlətin dəstəyini göstərir. Yəni həkimlərimiz maaş qalxmasa da, öz vəzifələrini ləyaqətlə yerinə yetirəcəkdilər”.

 

Deputat deyib ki, Prezidentin sərəncamı həkimlərimizə maddi dəstəklə yanaşı, mənəvi bir stimuldur:

 

“Bu o deməkdir ki, Azərbaycan dövləti sizin arxanızdadır, Azərbaycan prezidenti sizin qayğınızı çəkir və əməyinizə yüksək qiymət verir”.

 

Musa Quliyev həkimlərin maaşının 3 və ya 5 dəfəyə qədər artırılacağını bildirir:

 

“Operativ qərargah özü müəyyən edəcək ki, kimlərin maaşı 3 dəfə, kimlərin maaşı isə 5 dəfə qalxacaq. Bu, çox ciddi artımdır. Həkimlərimizin orta əmək haqqı 500 manat civarındadır. 3 və 5 dəfə artırıldıqda isə yüksək məbləğə gəlib çıxacaqdır və həkimlərə yetərincə stimul olacaqdır”.

 

Deputatın sözlərinə görə, tibb işçilərinə şamil olunan maaş artımını dövlətin onlara qayğısı kimi başa düşməliyik:

 

“Fövqəladə rejimdə işləyən vaxtlarında bu artımı daha çox mənəvi və siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Bu artım dövlətin işçisinə qayğısı kimi düşünülməsi gərəkən məsələdir.

Xatırlatmaq istərdim ki, 1990-cı ilin 20 Yanvar gecəsi nə qədər həkimimiz, tibb işçimiz yaralanmış, xəsarət almış və həlak olmuşdu. Bunları onlar heç bir qarşılıq güdmədən etmişdilər. Qarabağ döyüşləri zamanı bütün həkimlərimiz böyük fədəkarlıqlar göstərmişdilər. Yəni həkimlik böyük fədəkarlıq göstərən bir peşədir”.

 

Səkinə ƏLƏKBƏR

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?