Modern.az

Deputat Prezidentin aztəminatlı ailələrə qayğısına belə dəstək verdi - FOTO

Deputat Prezidentin aztəminatlı ailələrə qayğısına belə dəstək verdi - FOTO

19 Mart 2020, 13:47

Bu gün Milli Məclisin deputatı Madər Musayev Novruz bayramı ilə əlaqədar seçildiyi 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi ərazisində yaşayan 500-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, qaçqın və məcburi köçkünlərə, habelə imkansız ailələrə ərzaq məhsullarından ibarət bayram sovqatı hədiyyə edib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğıya dəstək məqsədilə təşkil olunan tədbir Binəqədi və Biləcəri qəsəbələri, habelə 9-cu mikrorayon ərazisində eyni vaxtda baş tutub. Paylanılan bayram sovqatı mal əti (2 kq), toyuq (1 ədəd), düyü (2 kq) və yağdan (0,5 kq) ibarət olub.

Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, M.Musayev 1988-ci ildən bu günədək hər il Novruz, Ramazan və Qurban bayramlarında 500-dən çox insana bayram sovqatı təqdim edir.

 Millət vəkili 500-dən çox ailəyə bayram sovqatı payladı  - FOTO

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?