Modern.az

Daha bir müəssisə tibbi spirt istehsalına başlayıb

Daha bir müəssisə tibbi spirt istehsalına başlayıb

19 Mart 2020, 14:52

“CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.

 

Bu barədə İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

 

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?