Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Salyan rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir.
Modern.az xəbər verir ki, parklarda, küçələrdə, idarə və müəssislərin qarşısında, uşaq əyləncə meydançalarında və söhbətgahlarda xüsusi ayrılmış texnikalar vasitəsilə qrafik üzrə müntəzəm proflaktik dezinfeksiya işləri aparılır.
Dezinfeksiya tədbirləri Salyan şəhərindən başqa, rayonun Qarabağlı kəndi ərazisində də həyata keçirilib. Koronavirus (COVİD -19) əleyhinə profilaktiki tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri rayonun mərkəzində və ətraf kəndlərində bundan sonra da davam etdiriləcəkdir.
Salyan Rayon İcra Hakimiyyəti rayon əhalisini koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırıb.