Modern.az

DİM-in əməkdaşları Prezidentin çağırışına qoşuldu

DİM-in əməkdaşları Prezidentin çağırışına qoşuldu

Aktual

29 Mart 2020, 10:50

DİM COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Müba burizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.


Bu barədə Modern.az-a DİM-den məlumat verilib.

 

Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 1 aylıq vəzifə maaşının 4 mislini, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov 1 aylıq vəzifə maaşını, Mərkəzin digər rəhbər şəxsləri isə aylıq vəzifə maaşının 50%-ni Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

 

Yardımın edilməsində məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI