Modern.az

Türkiyə təhlükəsizlik qüvvələri 6 terroçunu məhv etdi

Türkiyə təhlükəsizlik qüvvələri 6 terroçunu məhv etdi

Aktual

7 İyun 2020, 23:16

Türkiyə təhlükəsizlik qüvvələri antiterror əməliyyatlarını davam etdirir.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tunceli vilayətinin Ovacık bölgəsində mayın 31-dən davam etdirdiyi antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 6-ya çatıb.

Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyatda məhv edilən terrorçular silahlı olublar.

Milli Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, İraqın şimalındakı Avaşin bölgəsində 4 PKK terrorçusu məhv edilib.

Suriyanın Tel Abyad bölgəsində isə bomba yüklü motosikletlə mülki insanları hədəfə almağı planlaşdıran PKK/YPG terror təşkilatının üzvü yaralı olaraq Türkiyə hərbçiləri tərəfindən yaxalanıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?