Modern.az

\"Fənərbağça\" pandemiyadan sonrakı ilk oyununda qələbə qazandı

\

13 İyun 2020, 00:43

Futbol üzrə Türkiyə Super Liqası 87 günlük fasilədən sonra bərpa olunub.

Modern.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Fənərbağça" İstanbulda "Kayserispor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Trabzonspor" isə səfərdə "Göztepe"ni 3:1 hesabı ilə üstələyib.

Bu nəticədən sonra "Fənərbağça" 43 xalla 7-ci pillədə qalıb, "Kayserispor" isə 22 xalla 18-ci sıradadır. "Trabzonspor" 56 xalla 1-ci, "Göztepe" isə 37 xalla 8-cidir.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?