ABŞ Kinoakademiyası 2021-ci ildə keçiriləcək “Oskar”ın 94-cü mərasimində “Ən yaxşı film” kateqoriyasına namizədlərin seçimi qaydasında dəyişiklik edəcək.
Modern.az xəbər verir ki, kinomükafatın saytında yerləşdirilən məlumata görə bu kateqoriya üzrə seçiləcək filmlərin sayı dəqiq 10 olacaq. Bundan əvvəl filmlərin sayı çox az idi. Belə bir qərarın qəbul edilməsində məqsəd təmsil edilən müəlliflərin sayını artırmaqdı.
Son dövrlər tədbir təşkilatçıları qaradərili və asiyalı müəlliflərin işlərinə yetərincə diqqət ayırmamaqda ittiham olunurlar. Bu problemin həlli üçün ABŞ Kinoakademiyasının bütün əməkdaşları hər il qeyri-şüuri qərəzli mühakimələrə qarşı mübarizə kursları keçəcəklər.