Modern.az

Onlayn bilet satışı narazılıq yaradıb - Naxçıvanın Bakıdakı nümayəndəsindən ETİRAZ

Onlayn bilet satışı narazılıq yaradıb - Naxçıvanın Bakıdakı nümayəndəsindən ETİRAZ

Aktual

13 İyun 2020, 18:27

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məktubla müraciət edib.

 

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

 

"2020-ci il iyunun 18-də açılması nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışı ciddi ehtiyacı olanlarda narazılıq yaradıb, nəticədə bilet ala bilməyənlərin çoxsaylı müraciətlərinə səbəb olub. Bu müraciətlərə əsasən, əlavə reyslərə növbəli açıq bilet satışı məqsədəmüvafiq olardı. Nəzərə almağınız xahiş olunur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?