Modern.az

DSMF-nin iki yüksək vəzifəli əməkdaşı həbs edildi

DSMF-nin iki yüksək vəzifəli əməkdaşı həbs edildi

Aktual

13 İyun 2020, 21:57

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Modern.az APA-ya istinadən  xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanılıb.

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə həbs olunub.

Bundan əlavə, DSMF-nin Kəpəz Rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?